Nazirlər Kabineti ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib

Apr28,2021

Nazirlər Kabineti ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edib.

QİA.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 119 №-li Qərarına əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 4102 21 000 0 və 4105 10 000 0 kodları ilə göstərilmiş emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri məhsullarının hər tonu üçün ixrac gömrük rüsumunun müvafiq olaraq 500 ABŞ dollarından 150 ABŞ dollarına və 150 ABŞ dollarından 50 ABŞ dollarına endirilməsini nəzərdə tutur.

Oxşar Xəbərlər