Nazirlər Kabineti tikinti ilə bağlı yeni qərarın detallarını açıqlayıb

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

QİA.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edilib.

Qəbul edilən qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün bu ilin oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanıb:

– Tikintidə üstəlik xərclərin normativləri;

– Tikintidə smeta gəlirinin normativlərı;

– Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

– Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

– Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;

– Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;

– Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;

– Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar oktyabrın 1-dən qüvvəyə minir.

Oxşar Xəbərlər