Nazirlik: “Bu günədək 5 milyona yaxın insan peyvənd olunub”

Okt20,2021

“Hər bir peyvəndin özünün yan təsiri var. Bu yan təsirlər əksər hallarda oxşardır və gözləniləndir”.

QİA.AZ”  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu günə qədər ölkədə 5 milyona yaxın insan peyvənd olunub: “Artıq bunun təhlükəsiz olduğunu görürük. Əksəriyyət yüngül yan təsirlərdir. Onlar da maksimum üç sutkadan sonra keçib gedir. Müalicə edilməsə belə, keçir. Əgər nəsə narahatlıq olarsa, çoxlu maye qəbul etmək, istirahət etmək, hərarət yüksələrsə, parasetamol qəbulu mümkündür. Ümumiyyətlə, reaksiya güclüdürsə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməli və həkimlər ona uyğun müalicə yazmalıdır”.

Oxşar Xəbərlər