Məktəblərdə baş verən xoşagəlməz hadisələrdə yalnız ümumtəhsil müəssisəsini günahlandırmaqla məsələni həll etmək mümkün deyil.
QİA.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.
Onun sözlərinə görə, valideyn və məktəb birgə işləməlidir: “Bu cür hadisələr hər zaman olub. Sadəcə, hazırda bunun ictimaiyyətə təqdim edilmə forması dəyişib. Buna diqqət etmək lazımdır. Məktəblərdə tətbiq edilməsi üçün şagird davranış qaydaları hazırlanıb. Pilot layihə kimi hazırda 300-dən çox məktəbdə tətbiq olunur. Gələcəkdə özünü doğruldarsa, bu qaydaların digər təhsil müəssisələrində də tətbiqini nəzərdə tuturuq”.