Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib

Bakı şəhəri ilə qardaşlaşma əlaqlərinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb.Q

İA.AZ Reporta istinadən xəbər verib.

Qeyd olunub ki, Neapol Şəhər Şurasının üzvü Vincenzo Solombrinonun Şəhər Şurasına təqdim etdiyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya ar

asında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədi” yekdilliklə qəbul edilib.Sənəddə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağı bölgəsinin 1990-cı illərin əvvəllərində Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edildiyi, həm Dağlıq Qarabağdan, həm də ətraf 7 rayondan bütün azərbaycanlıların qovulduğu bildirilir. “BMT-nin TŞ-nın və Baş Assambleyanın müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərarları, eləcə də BMT-nin bütün üzv dövlətləri Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyir və bütün işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir”, deyə sənədin mətnində qeyd olunub.Sənəddə Ermənistan tərəfindən Azərabycana qarşı ötən ilin sentyabrın 27-də başlayan növbəti təcavüzdən sonra yeni müharibənin alovlandığı və müharibənin 44 gün davam etdiyi vurğulanır. “Neapol Şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, xüsusən də BMT və ATƏT-in müvafiq sənəd və qətnamələrində təsbit edilmiş suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq sülh yolu ilə həll edilməsini dəstəkləyən və Avropa Birliyi, İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və hökuməti münaqişə tərəflərini 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir”, deyə sənəddə qeyd edilir.Sənəddə, habelə qeyd olunur ki, münaqişənin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərin yenidən qurulması üçün strateji planın başladılması Azərbaycanda növbəti inkişaf mərhələsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu vəziyyətin italyan şirkətləri üçün yeni əhəmiyyətli iqtisadi və ticari imkanlar yarada biləcəyini nəzərə alaraq, Nepol Şəhər Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret bir öhdəliyin ortaya qoyulmasına və İtaliya üçün aparıcı tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri planlaşdırılmağa çağırır.Sənəddə, həmçinin iki ölkənin hökumət başçıları tərəfinən 2020-ci ilin fevralında imzalamış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də təsbit edilmiş siyasi, iqtisadi, enerji, texnoloji, mədəniyyət, akademik və səhiyyə sahələrində geniş əməkdaşlıqla xarakterizə olunan iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən də bəhs edilir. Eyni zamanda, sənəddə bu gün İtaliyanın əsas neft tədarükçüsü olan Azərbaycanın İtaliyanın enerji təchizatında mərkəzi rol oynadığı vurğulanır və TAP qaz kəmərinin istismar mərhələsinə qədəm qoyması ilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənəcəyi bildirilir. Habelə əlavə olunur ki, Cənubi Qafqazada İtalyan məhsullarının əsas idxalçısı məhz Azərbaycandır və İtaliyanın bölgə ilə idxal/ixracatının 92%-i Azərbaycanın payına düşür.Məlum olduğu kimi, Azərbaycanın Bakı və Neapol 1972-ci ildən bəri qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma mədəni, ticarət və institusional mübadilə ilə iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsinə töhfələr verməkdidr. Bu istiqmamətdə Neapol-Bakı Assosiasiyası tərəfindən də müxtəlif təşəbbüslər həyata keçirilməkdədir. Neapol Şəhər Şurasının qərarına münasibətdə fikrini bildirən Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilia qeyd edib ki, “Neapol şəhəri beynəlxalq hüququ dəstəkləmək, Azərbaycanla, Bakı şəhəri ilə bütün sahələrdə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan xalqına və Azərbaycana yaxınlığını nümayiş etdirmək istəyib. Bu qardaşlaşma sübut edir ki, iki şəhər və iki xalq arasındakı qardaşlıq münasibətləri xüsusilə də çətin anlarda institusional dəstəklə təsdiq olunur”.Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə də Neapol Şəhər Şurasına müvafiq qərarına görə təşəkkür edərək bildirib: “Neapol hər bir azərbaycanlının qəlbində yaşayan bir şəhərdir. Bakı ilə Neapolu çox dərin dostluq əlaqələri birləşdirir. Azərbaycanda bir deyim var: əsl dost dar gündə tanınar. Neapol şəhərinin bu qərarı əsl dostluğun bariz nümunəsidir. Azərbaycan xalqı ilə dostluq və həmrəyliyə görə Neapol Bələdiyyə Şurasına, şəhər merinə, şəhərin sakinlərinə dərin təşəkkürümü bildirirəm”.

Oxşar Xəbərlər