Neft yenə bahalaşdı

Fev10,2021

Dünya neft bazarında bu gün ABŞ-dakı ehtiyatlara dair rəsmi açıqlama ərəfəsində bahalaşma qeydə alınıb.

“QİA.AZ” xəbər verir ki, Bakı vaxtı ilə saat 13.33-ə olan vəziyyətə görə “Brent” markalı neftin aprel fyüçersləri 0,23 faiz bahalaşaraq 61,36 ABŞ dollarından, WTI markalı neftin mart fyüçersləri də 0,34 faiz bahalaşaraq 58,56 dollardan satılıb. Hələ bu gün səhər hərraclarında qiymətlərdə azalma davam etmişdi.

Amerika Neft İnstitutu (API) ölkədəki ehtiyatların 3,5 milyon barel azalmasına dair proqnozunu açıqlayıb. Bununla belə ekspertlərin qənaətincə ehtiyatların həcmi 1 milyon barel artıb.

Xatırladaq ki, son bir həftə ərzində neft 10-12 faiz bahalaşıb. Bazardakı bu nikbin ovqat əsasən OPEC+ formatı çərçivəsində bir sıra ölkələrin hasilatı əlavə ixtisar etmələri ilə, habelə koronavirusa qarşı kütləvi peyvəndləmə nəticəsində iqtisadiyyatın dirçəlməsinə dair gözləntilərlə bağlıdır.

Oxşar Xəbərlər