Neftçalada 32 yaşlı kişi qətlə yetirilib

Neftçala rayonunda qətl hadisəsi baş verib.

“QİA.AZ”ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bankə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1982-ci il təvəllüdlü Baloğlanov Famil Ağabala oğlu qısqanclıq zəminində eyni qəsəbədən olan, 1989-cu il təvəllüdlü Musayev Mirağa Mirkərim oğlunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər