Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

Dek8,2020
Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

QİA.AZ bildirib ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər