“Neftçi” Azərbaycan çempionatları tarixində 1 400-cü qolunu vurub

“Neftçi” komandası futbol üzrə Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub.

“QİA.az”ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqanın XXIII turunun “Zirə” ilə görüşünə təsadüf edib.

“Ağ-qaralar”ın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Bu qarşılaşmayadək 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatıb. Yubiley qoluna Namik Ələskərov imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda 1400-ə 820-ci oyunda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir. “Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 dəfə fərqlənib.

Oxşar Xəbərlər