UEFA Çempionlar Liqasının birinci mərhələsində mübarizə aparacaq “Neftçi”nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.
QİA.az xəbər verir ki, bu barədə Klubdan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” qapıçı mövqeyinə Aytac Şərifovanı (sonuncu klubu “Trabzonspor” Türkiyə), müdafiəyə Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə) və Güzide Alçunu (“Amedspor” Türkiyə), yarımmüdafiə zonasına Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə) və Vüsalə Seyfəddinovanı (“Olimpiada İmittou” Yunanıstan), hücuma isə Xanım Əsədovanı (“Sabah”) transfer edib.
Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində Avstriyanın “Sankt-Pölten” stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.