“Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.
“QİA.az” xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.
İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.