“Neftçi” qapıçısı ilə yollarını ayırıb

“Neftçi” klubu qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb.

QİA.AZ payaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.

Ölkə çempionu xidmətə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.

Oxşar Xəbərlər