“Neftçi”nin 2 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Noy19,2020
"Neftçi"nin 2 futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq

“Neftçi” komandası Azərbaycan Premyer Liqasında X turun “Qəbələ” ilə səfər oyununa futbolçu itkiləri ilə çıxacaq.

QİA.AZ bildirir ki, Paytaxt klubunun baş məşqçisi Samir Abasovun “Report”a verdiyi məlumata görə, zədəli Stiven Monrozla yanaşı, kapitan Emin Mahmudov da qarşıdakı matçı buraxacaq.

Ayağında problemi olan 28 yaşlı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə gələn həftədən başlayacaq. Təcrübəli oyunçu zədə səbəbindən çempionatın son 2 turunun “Sumqayıt” (0:0) və “Qarabağ”la qarşılaşmalarında (0:6) da iştirak etməyib.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 14:00-da start götürəcək.

Oxşar Xəbərlər