“Neftçi”nin hücumçusu zədələnib

İyn22,2021

“Neftçi” klubunun futbolçusu Mirabdulla Abbasov zədələnib.

QİA.AZın məlumatına görə, 26 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında komandadan ayrı məşq edir.

Forvard hazırlıq prosesində ikitərəfli oyun zamanı yüngül xəsarət alıb və yerli “Olimpiya” (Lyublyana) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə iştirak etməyib. Abbasovun bərpa prosesi uğurla davam etdirilir. Onun iyunun 25-də Macarıstan “Fehervar”ına qarşı ikinci yoxlama matçında meydanda olacağı gözlənilir.

Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın “Spartak” (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, Mirabdulla Abbasovun “ağ-qaralar”la müqaviləsi 2023-cu ilin yayınadək uzadılıb.

Oxşar Xəbərlər