“Neftçi” klubunun qadınlardan ibarət komandası futbolçu Aysun Seydiyeva ilə müqavilə müddətini uzadır.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Azərbaycan millisinin üzvü ilə 1 illik yeni müqavilə imzalayacaq. Bu əməkdaşlıq yaxın günlərdə rəsmiləşəcək.
27 yaşlı yarımmüdafiəçi ötən mövsüm son ölkə çempionu “Neftçi”nin heyətində 77 qolla yadda qalıb.
Qeyd edək ki, “Neftçi”nin qadın komandası Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriyanın “Sent Polten” komandası ilə qarşılaşacaq.

