“Neftçi”yə çempionluq kuboku verildi

May19,2021

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb.

QİA.AZ-ın məlumatına görə, “Dalğa Arena”dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

Öncə tarixində ilk dəfə bürünc medal qazanmış “Sumqayıt”a bürünc, ardınca isə “Qarabağ”a gümüş medallar verilib. Bu zaman Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Kevin Medinanın medalı boyunlarına taxmamaları diqqət çəkib

Sonda isə “Neftçi” qızıl medallarını alıb. “Ağ-qaralar”a çempionluq kubokunu AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Oxşar Xəbərlər