Neftin qiyməti 3 günlük bahalaşmadan sonra ucuzlaşır

Dünya bazarında üçgünlük qiymət artımından sonra korreksiya səbəbindən neftin qiyməti ucuzlaşmağa başlayıb. Son günlərin qiymət artımı həftnin əvvəlində qeydə alınmış ucuzlaşmanı kompensasiya edib.

QİA.AZ” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,37% ucuzlaşaraq, 1 bareli 73,52 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,35% aşağı düşərək, 1 bareli 71,66dollar təşkil edib.

Son 3 gün ərzində qiymətlər ümumilikdə 7,5-8% bahalaşıb. Lakin həftənin birinci günü orta hesabla 7-7,5% ucuzlaşmanın qeydə alındığını nəzərə alsaq, qiymətlər əvvəlki səviyyəyə qayıdıb.

Oxşar Xəbərlər