Azərbaycan nefti kəskin bahalaşdı

Dünya bazarında neftin qiyməti ötən gün azaldıqdan sonra yenə bir qədər yüksəlib.

“QİA.az” xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyüçersləri 0,76 faiz bahalaşaraq 62,62 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri də 0,95 faiz bahalaşaraq 59,21 dollardan satılıb.

Qeyd edək ki, ötən gün qiymətlərin 4 faizdən çox azalması OPEC+ ölkələri tərəfindən hasilatın artırılmasına həmahəng olaraq tələbatın da artacağına dair şübhələrdən irəli gəlib. Belə ki, son olaraq OPEC+ çərçivəsində hasilatın gündəlik ixtisarı may ayından 6,55 milyon barelədək, Səudiyyə Ərəbistanının könüllü olaraq birtərəfli əlavə ixtisarı da nəzərə alınmaqla 7,3 milyon barel, iyun ayında 6,6 milyon barel, iyulda da 5,76 milyon barel olacaq.

Həmçinin İranın nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı (JCPOA) komissiyasının 2 aprel tarixli onlayn görüşündə ABŞ-ın tam şəkildə müqaviləyə qayıtması ehtimalını qəbul edərək bu həftə Vyanada keçiriləcək iclas zamanı İrana qarşı sanksiyaların ləğv olunması və nüvə sahəsindəki tədbirlərə dair qərarlar verməyi nəzərdə tutulması da bazarda əks-səda yaradıb.

“Məncə, nüvə sazişinə dair danışıqlar və koronavirusa yoluxmaların artması qiymətlərin xeyli dəyişkən olacağına dəlalətdir”,– İNG xammal strategiyası şöbəsinin rəhbəri Uoren Paterson “Bloomberg”ə bildirib.

QİA.az

Oxşar Xəbərlər