Neslihan Atagül Hollivuda gedir

Neslihan Atagül

Aktrisa Neslihan Atagül Hollivuda dəvət alıb.

“QİA.az” Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa dünyaca məşhur ulduzlarla eyni filmdə çəkiləcək.
Ekran işi “En Los Margenes” adlanır. Neslihan bu həftə ərzində filmi ərsəyə gətirən şirkətlə onlayn danışıqlara başlayacaq.

Rejissoru və ssenari müəllifi Xuan Dieqo Botto olan filmdə Atagüllə yanaşı, Penelopa Kruz və Luis Tosar kimi aktyorlar da rol alacaq. Filmin çəkilişlərinə bu ilin sonunda start veriləcək.

QİA.AZ

Oxşar Xəbərlər