İsrailin Baş naziri Binyamin Netanyahu Mərakeşin Kralı VI Mohammedi ölkəsinə səfər etməyə dəvət edib.
Bu barədə “QIA.AZ” RİA “Novosti”yə istinadən xəbər verir.
“Binyamin Netanyahu ilə Mərakeşin Kralı VI Mohammed arasında telefon danışığı baş tutub. Netanyahu Kralı yaxın gələcəkdə İsrailə səfər etməyə dəvət etdi”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, Mərakeş, ABŞ və İsrail səlahiyyətliləri Rabatda Birgə Bəyannaməyə imza atıblar. Sənədi Mərakeşin Baş naziri Saad əd-Din əl-Osmani, ABŞ prezidentinin baş məsləhətçisi və kürəkəni Cared Kuşner və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat imzalayıblar.