Niderland Əfqanıstana əlavə hərbi heyət göndərir

Niderland insanların Kabildən təxliyəsi üzrə əməliyyatlara dəstək məqsədilə Əfqanıstana əlavə hərbi heyət göndərir.

QİA.AZ”  TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Volkskrant” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda Əfqanıstanda olan 62 Niderland hərbçisi səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin edir və təxliyə əməliyyatına köməklik göstərir.

Yaxın vaxtda Əfqanıstana çatacaq hərbçilərin dəqiq sayı barədə məlumat verilmir.

Oxşar Xəbərlər