Niderland Liqası: PSV altı ildən sonra yenidən çempion oldu 

May5,2024

“Sparta Roterdam”ı evində qəbul edən PSV 6 illik həsrətə son qoyub.

QİA.az xəbər verir ki, Metinyo 8-ci dəqiqədə hesabı açıb – 1:0. 19-cu dəqiqədə Saidi Bakari avtoqol müəllifi olub – 1:1. 26-cı dəqiqədə Cohan Bakoyoko meydan sahiblərini hesabda irəli çıxarıb – 2-1.

Üç dəqiqə sonra Oliver Bosacaqlinin səhvi hesaba tarazlıq gətirib – 2:2. 67-ci dəqiqədə Bosacaqli səhvini sığortalayıb – 3:2. Görüşdə son nöqtəni meydan sahiblərindən 78-ci dəqiqədə Cordan Teze qoyub – 4:2.

Qeyd edək ki, 4-2 hesabı ilə qalib gələn PSV liqanın bitməsinə 2 tur qalan çempionluğunu rəsmiləşdirib. “Sparta Roterdam” 43 xalla ilk doqquzluğu tamamlayır.

Oxşar Xəbərlər