Nigeriyanın cənub-şərqində avtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb.
“QİA” xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.
“Qəza Okurikanq şəhəri ərazisində, Kalabar-İtu magistralında qeydə alınıb, hadisə yerində doqquz nəfər ölüb, daha üç nəfər xəsarət alıb, vəziyyətləri ağırdır”, – deyə Kross-River ştatının yol hərəkəti təhlükəsizliyi üzrə federal xidmət bölmələrinin rəhbəri Kiprian Ofordu bildirib.