Nigeriyada neft emalı zavodunda partlayış nəticəsində azı 25 nəfər həlak olub

Nigeriyanın cənubundakı Rivers ştatında qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 25 nəfər həlak olub.

QİA.AZ” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü səhər baş verib, ancaq cəmi iki gün sonra məlum olub. Rəsmi qurumlar hələlik ölənlərin kimliyini müəyyən edə bilməyiblər. Onların arasında azyaşlıların da olduğu dəqiqləşib.

Hadisənin başvermə səbəbi və şəraiti açıqlanmır.

Oxşar Xəbərlər