Dünya

Nigeriyada silahlılar 53 dinc sakini qətlə yetirib

Movavi

Mal-qara oğurluğu ilə məşğul olan quldurlar Nigeriyanın şimal-qərbində Zamfara ştatının 6 kəndində 53 dinc sakini öldürüblər.

“QİA.az” yerli “Vanguard” qəzetinə istinadən xəbər verir ki, bu barədə ştat polisinin nümayəndəsi Məhəmməd Şexu bildirib.

“Ötən cümə axşamı və cümə günü ərzində Zurmi ərazisində 6 kənd cinayətkar dəstənin hücumlarına məruz qalıb, 53 fermer öldürülüb”, – o bildirib.

Zurmiyə əlavə polis qüvvələri göndərilib.

Şexunun sözlərinə görə, motosikllərdə hərəkət edən quldurlar mal-qara oğurluğu ilə məşğul olurlar.

Nigeriyada artıq ikinci ildir dinc sakinlərə silahlı hücumlarının sayının artımı müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul müqabilində girov götürür, mal-qara oğurlayır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button