Nigeriyada silahlılar bir qrup məktəblini qaçırıb

İyl5,2021

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatı Çikuna dairəsində ötən gecə Tanrı Evi ibtidai məktəbinə girən silahlı şəxslər şagirdləri qaçırıblar.

QİA.AZ “Premium Times”a istinadən xəbər verir ki, silahlı dəstə binaya daxil olaraq ətrafa atəş açıb, sonra da sayı dəqiq bilinməyən şagirdləri qabaqlarına qataraq hadisə yerindən uzaqlaşıblar.

Bu, Kaduna ştatında son 6 ayda şagirdlərin kütləvi qaçırılması ilə bağlı sayca dördüncü hadisədir.

Oxşar Xəbərlər