“Nikol ya qaçacaq, ya da yeni rəhbərlik onu həbs edəcək”

Dek11,2020

Erməni politoloq Armen Badalyan ölkəsinin düşdüyü ağır durumla bağlı pessimist proqnozlar verib. QİA.AZ xəbər verir ki, tanınmış erməni politoloq İrəvanın bundan sonra da Azərbaycanla mübarizə aparmaq gücündə olmadığını deyib. Onun sözlərinə görə, Ermənistan hazırda ciddi iqtisadi və siyasi izolyasiya ilə üz-üzə qalıb:

“Paşinyanın hakimiyyətdə qalması Ermənistan üçün yeni təhlükələr deməkdir. Başa düşürsünüz, ölkəyə investisiyalar qoyulmur, ölkəmiz tam şəkildə beynəlxalq siyasi proseslərdən izolyasiya edilib. Başqa sözlə, baş nazir Ermənistanı bundan sonra necə inkişaf etdirmək lazım olduğunu, inkişaf mexanizmlərini belə bilmir. Onun varlığı inkişaf və iqtisadi tərəqqimizə mane olacaq. Ona görə ki, heç kim belə bir rəhbərliyin idarə etdiyi ölkəyə investisiya yatırmaqda maraqlı olmayacaq”.

Politoloq onu da bildirib ki, Nikol öz rəhbər mövqeyini hələ polis gücünə qoruyub saxlaya bilir:

“Nikol anlayır ki, əgər istefaya gedərsə, yeni baş nazir ya onu həbs edəcək, ya da ölkədən qaçacaq. Nikol və ailəsi heç vaxt Ermənistana dönə bilməyəcəklər. Baş nazir onu da gözəl anlayır ki, Ermənistanda gələcəyi olmayan bir şəxsdir. Heç deputat belə seçilə bilməyəcək. Əgər öz kürsüsünü tərk etmək qərarı versə, ömürlük ölkəni tərk etmək məcburiyyətində qalacaq”.

Oxşar Xəbərlər