Niyaməddin Musayev Covid-19-a yoluxub – Vəziyyəti AÇIQLANDI

Koronavirusa yoluxan xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib.

“QİA.az” xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir.

Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub:

“Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyninin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir.”

QİA.az

Oxşar Xəbərlər