Koronavirusa (COVID-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.

“QİA.az” xəbər verir ki, 81 yaşlı müğənni “Instagram” səhifəsində hər şeyin yaxşı olduğunu olduğunu yazıb.

“Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər