Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda, Amerika Xarici Əlaqələr Komissiyası ilə birgə “Avro Atlanrik Çağırışları” mövzusunda Hibrid toplantısı keçirilir.
Mərkəzdən “QİA.AZ“a bildirilib ki, toplantının işində müxtəlif fəaliyyət sahələrindən tanınmış simalar: Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti və Mərkəzin İdarə heyyətinin üzvü Kerri Kennedi, Amerika Xarici Əlaqələr Komissiyasının Prezidenti Susan Elliott, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliev, İngiltərənin sabiq Baş naziri Gordon Broun, Latviyanın sabiq Prezidenti və Mərkəzin Həm-sədri xanım Vayra Vike-Freiberga, ABŞ-ın Azərbaycandakı sabiq Səfiri Robert Çekuta, Belçikanın sabiq Baş naziri Yves Leterme iştirak edirlər.
Avro Antlantik inteqrasiya və Təhlükəsizlik, Avropa İttifaqının yaxın Şərq tərəfdaşlığı programı, Cənubi Qafqazda davamlı sulh və təhlükəsizliyin təmin edilməsi, COVİD-19 yarattığı yeni reallıqlarda ətraf mühit dəyişikliyi və davamlılıq proqramı, Multilateralizm kimi mövzuların müzakirəsi keçiriləcəkdir.