Finlandiyanın “Nokia” korporasiyası Gürcüstan bazarına daxil olmaq istəyir.
“QİA.az” xəbər verir ki, bu məsələ Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyində şirkətin regional vitse-prezidenti Miko Lavanti ilə keçirilən görüşdə müzakirə olunub.
Nazirlik nümayəndələri şirkət rəsmisini Gürcüstanda informasiya texnologiyaları sahəsindəki hazırkı vəziyyət, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində qəbul olunan qərarlar barədə məlumatlandırıblar.
Qeyd edilib ki, Gürcüstanın bölgədə rəqəmsal haba çevrilmək planları var və bunun üçün bir sıra proqramlar reallaşdırılır.