Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlanılıb

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə müntəzəm uçuşları bərpa edib.

“QİA.az” aviaşirkətin saytına istinadən xəbər verir.

Norilskdən ilk aviareys mayın 21-də Ufa və Bakıya tam dolu gedib. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçirilir. Təyyarə yerli vaxtla Norilskdən 11:15-də qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq. Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatır.

Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxır, Ufaya 22:35-də çatır, Ufadan isə şənbə günü gecə 01:50-də qalxır və 07:15-də Norilskə çatır. Aviareys “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycana uçuşa yalnız Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərin əməkdaşlarına və ailə üzvlərinə, Azərbaycan vətəndaşlarının ailə üzvü olan xarici vətəndaşlara, Azərbaycanda işləməyə icazə verilən xarici vətəndaşlara, Azərbaycanda təhsil alan şəxslərə, həmçinin Nazirlər Kabinetinin Qərargahından xüsusi icazəsi olan xarici vətəndaşlara icazə verilir.

Azərbaycana gələn sərnişinlər koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olmalıdır.

Oxşar Xəbərlər