Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

May2,2024

Mən bilirəm ki, burada hələ də çoxlu sayda minalar var. Amma ümid edirəm ki, bura minalardan təmizlənmiş təhlükəsiz bir məkana çevriləcək və burada insanlar yaşayacaq, uşaqlar oynayacaqlar.

QİA.az xəbər verir ki, nunu AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un üzvü David Andre Roeqler deyib.

O qeyd edib ki, tikililərin bu cür vəziyyətdə olması təəssüf doğurur. “Burada bir çox gözəl binaların dağıldığını görürəm. Düşünürəm ki, bu binaları bərpa edib memorial-abidə kimi qoruyub saxlaya biləcəksiniz. Ümid edirəm ki, bura yenidən gözəl bir şəhərə çevriləcək.

Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir. Mən sülh şəraitində olan bir ölkədən gəlirəm və heç vaxt belə müharibə yaşamamışam. Bunları görmək mənim üçün sarsıdıcıdır”, – deyə o əlavə edib.

Oxşar Xəbərlər