Novavax Avropaya peyvənd göndərmək istəmir

Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

QİA.AZ xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib.

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib.

Oxşar Xəbərlər