“Növbəti Stansiya Gənclik” layihəsi çərçivəsində bir çox regionlara səfərlərin icrası başa çatıb

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan
Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Növbəti Stansiya Gənclik regionlarda”
layihəsinin icrası başa çatıb.
QİA.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının
gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində
təşəbbüslərin artmasına töhfə vermək olub.
“Zamanın idarə olunması”, “Komanda işi və liderlik”, “Bədən dili”, “Stressin idarə
olunması”, “Müsahibə texnikaları”, “Təqdimat bacarıqları”, “Xarici dilin inkişaf etdirilməsi”
və digər mövzular olmaqla ümumilikdə 9 istiqamətdə, Göyçay, İsmayıllı, Şamaxı,
Lənkəran, Masallı, Yardımlı, Quba, Qusar və Xaçmaz regionlarında təlim sessiyası
keçirilib. Layihə müddətində həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub.
Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və
təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə
bölüşəcəklər.

Oxşar Xəbərlər