Noyabrın 18-də Moskvada Rusiya, ABŞ və Fransa diplomatları Qarabağı müzakirə edəcəklər

Noy17,2020

ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Moskvada olacaqlar.

QİA.AZ-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Fransa nümayəndələrinin noyabrın 18-i Dağlıq Qarabağ üzrə görüş üçün Moskvaya səfəri ilə bağlı məlumatları şərh edərkən “TASS”a bildirib.

M.Zaxarova deyib: “Bəli, təsdiqləyirəm”.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun nümayəndələrinin Moskvada bu həftə görüşünün baş tutacağını bildirmişdi.

Oxşar Xəbərlər