Noyabrın 5-də Şəhid olan, 15 gün sonra nəşi torpağa tapşırılan Şəhidimiz, İlqar Əhmədov – FOTOLAR

İlqar Əhmədov

Şəhid ailələrini ziyarət zamanı Kürdəmirin ucqarında yerləşən, İkinci Vətən Müharibəsində bir şəhid vermiş İsmayılı kəndinə, Şəhid İlqar Xəqani oğlu Əhmədovgilə də üz tutduq…

Kürdəmirin İkinci Vətən Müharibəsində daha bir Şəhidi, daha bir Qəhrəmanı, daha bir İgidi…

Daha bir nur üzlümüz, daha bir nur simalımız…

İlqar 1999-cu ilin martın 18-də sadə, zəhmətkeş, kasıb bir ailədə dünyaya gəlib…

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də isə səfərbərliyə cəlb olunub…

Döyüş yolu Xocavəndəcən davam edib və müharibənin başa çatmasına 5 gün qalmış, noyabrın 5-də Şəhdlik məqamına ucalıb…

Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də dəfn olunub Şəhidimiz…

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub…

İlqargil ailədə iki uşaq-iki qardaş olublar…

Ziyarət zamanı Kürdəmirin imamı, nüfuzlu və tanınmış din xadimi Aqil bəy də iştirak edirdi, o, Şəhid ailəsinə hədiyyəsini təqdim etdi, eyni zamanda, Şəhidimizin-Şəhidlərin ruhuna dualar oxudu…

Ailəsi övladının adının əbədiləşdirilməsini istəyir və bununla təsəlli tapacağına ümid edir…

İnşaAllah, Şəhidimizin adı da əbədiləşdirilər və ailəsi də azacıq olsa belə, təsəlli tapar…

Nur icində yatsın, Şəhidimiz, Allah ailəsinə səbirlər versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Etikxeber.az saytının baş redaktoru

Bakı-Kürdəmir-Bakı

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər