ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçkilərdə namizədliyi demokratların mövqeyini gücləndirməyəcək. Çünki o, hazırkı dövlət başçısı Co Baydenin uğursuz siyasətinin həmmüəllifi olub.
QİA.az xəbər verir ki, bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson deyib.
“Demokratlar Partiyasının perspektivləri Bayden administrasiyasının siyasi uğursuzluqlarının həmmüəllifi olan vitse-prezident Kamala Harrislə yaxşılaşmayacaq”, – deyə o qeyd edib.
Conson, həmçinin hesab edib ki, Harris Baydenin prezidentlik vəzifələrini yerinə yetirə bilməməsi barədə məlumatlı olub və bunu ört-basdır edib.