Nusrat Qani: Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm addım kimi qiymətləndirib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə britaniyalı siyasətçi sosial şəbəkədə bildirib.

“1991-ci il Alma-Ata Bəyannaməsi əsasında beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə edən Ermənistan və Azərbaycanı alqışlayıram. Onların diplomatiyası ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində irəli mühüm addım atıb”, – o qeyd edib.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıqa əldə edilib.

Oxşar Xəbərlər