Koronavirus əleyhinə peyvənd almaq bərədə xəbərlər Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslərin artımına səbəb olub.
“QIA.AZ” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 399,18 bənd (+1,37%) artaraq 29 479,81 bəndə, “Standard & Poor 500” indeksi 48,14 bənd (+1,36%) artaraq 3 585,15 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 119,70 bənd (+1,02%) artaraq 11 829,29 bəndə yüksəlib.
WTI markalı neftin noyabr fyuçersləri 2,29% ucuzlaşaraq 40,18 ABŞ dollarından, qızıl isə 0,72% bahalaşaraq 1 886,70 ABŞ dollarından satılıb.