Nyu-York Fond Birjasında indekslər artıb

Noy3,2020
Nyu-York Fond Birjasında indekslər artıb

Nyu-York Fond Birjasında (NYSE) əsas indeks göstəriciləri yüksəlib.

“QİA.AZ” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 423,45 bənd (+1,60%) artaraq 26 925,05 bəndə, “Standard & Poor 500” indeksi 40,28 bənd (1,23%) artaraq 3 310,24 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 46,02 bənd (+0,42%) artaraq 10 957,61 bəndə yüksəlib.

Hərracda “Alphabet”in səhmləri 0,04%, “Apple”ın səhmləri 0,75% bahalaşıb. “Microsoft”un səhmləri isə 0,62% azalıb. WTI markalı neftin dekabr müqavilələri 0,73 faiz bahalaşaraq 37,08 ABŞ dollarından, qızıl isə 0,18 faiz bahalaşaraq 1 895,00 ABŞ dollarından satılıb.

Oxşar Xəbərlər