Nyu-York şəhərində “Turan” ansamblı təsis edilib

Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Nyu-Yorkda yaşayan soydaşımız Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

Telman Cəlil bildirib ki, ansamblın yaradılmasında başlıca məqsəd Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirməkdir. QİA.AZ-a verilən məlumata görə, eyni zamanda, “Turan” ansamblı maarifçilik missiyasını da yerinə yetirmək niyyətindədir. Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Telman Cəlil həm də 2012-ci ildə Nyu-Yorkda təsis edilmiş “Azərbaycan Mədəniyyət Mərkəzi”nin (“Azerbaijan Cultural Center NY” – ACCNY) rəhbəridir.

Oxşar Xəbərlər