Nyu-Yorkda nümayişçilər ABŞ Prezidenti Donald Trampın dərhal istefa verməsini tələb ediblər.
“QİA.AZ” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd olunur ki, şəhərin mərkəzinə toplaşan kütlə Trampın və vitse-prezident Mayl Pensin dərhal istefa verməsini istəyir. Etirazçılar “Cəhənnəm olsun Tramp”, “Tramp seçkilərimizi oğurlayır” və s. şüarlar səsləndirirlər. Nümayişçilər arasında “Black Lives Matter” hərəkatının fəallarının göründüyü də qeyd edilib.
Daha əvvəl polisin “Black Lives Matter” hərəkatının nümayəndələri ilə Ağ Ev yaxınlığında toqquşduğu bildirilmişdi. Toqquşma Vaşinqtonda prezident iqamətgahı ilə üzbəüz yerləşən “Black Lives Matter Plaza”dakı məntəqələrin bağlanmasından az əvvəl başlamışdı. Nəticədə bir nəfər saxlanılıb.
Noyabrın 3-də ABŞ-da ümumi seçki günüdür. Vətəndaşlar prezident və vitse-prezidenti seçir, eləcə də 35 senator, bütünlükdə Nümayəndələr Palatası, 13 qubernator və yerli hakimiyyət orqanları rəhbərləri seçiləcək. Ən yüksək post uğrunda hazırkı dövlət başçısı, respublikaçı Donald Tramp və Barak Obamanın dövründə vitse-prezident vəzifəsində çalışmış demokrat Co Bayeden mübarizə aparır.