Paytaxt marketlərində yüksək qiymətə köhnə, yararsız, ovulan və qurdlu konfet-şokoladların satılması halları getdikcə artır.
QİA.Az “Medicina” istinadən xəbər verir ki, hər gün sosial şəbəkələrdə müxtəlif marketlərdən müştəri şikayətləri və yararsız məhsulların şəkilləri paylaşılır.
Bu dəfə müştərinin “OBA” marketlər şəbəkəsindən aldığı biskvit köhnə və qurdlu çıxıb.
Fotolardan biskivitin köhnəlib ovulduğu da görünür.