Hadisə

Oğurladıqları pullarla “tik tok” videoları çəkənlər tutulub

Movavi

Oğurladıqları pullarla “tik tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan QİA.AZ-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarazəncir kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıblar.

Onların ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurladıqları müəyyən edilib.

Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə sosial şəbəkələrdə videogörüntülər paylaşan həmin şəxslər çox çəkmədən polis əməkdaşları tərəfindən saxlanılıblar. Aparılan araşdırmalarla M.Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Oğurladıqları pullarla “tik tok” videoları çəkənlər tutulub (FOTO) - Gallery Image

Oğurladıqları pullarla “tik tok” videoları çəkənlər tutulub (FOTO) - Gallery Thumbnail

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button