Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.
“Report”un məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib.
Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A.Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək həlak olub.
Faktla bağlı araşdırma aparılır.