Hadisə

Oğuzda motosiklet aşıb xəsarət alanlar var

Movavi

Oğuz rayonunda yol qəzası baş verib.

“QİA.AZ”ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.

Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button