Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təxminən dörddə biri dopinq testi verib.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 3-nə olan məlumata görə, 2 682 idmançıdan ümumilikdə 2 910 nümunə toplanıb.
Bununla da, olimpiya yarışlarında iştirak edən idmançıların 23,8%-i dopinq üçün yoxlanılıb.
Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək.