Olimpiadada üzgüçülük məşqləri Sena çayının çirkli olduğuna görə ləğv edilib

Bazar gününə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.

QİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Parisdə keçirilən Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Oxşar Xəbərlər