Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ən azı dörd gündə bir dəfə koronavirus testindən keçəcəklər.”QİA.AZ” ın məlumatına görə, bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) yayımladığı idmançılar üçün qaydalar toplusunda öz əksini tapıb.PCR testinin tezliyinin idman növündən və yarış cədvəlindən asılı olacağı vurğulanıb. Yoxlamaların Olimpiya və ya Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılması nəzərdə tutulur. İdmançı bu obyektlərdən kənarda yaşayırsa, testlərdən keçmək üçün xüsusi nəqliyyat vasitəsini istifadə etməli olacaq. Test nəticələrini smartfon üçün nəzərdə tutulan mobil tətbiq vasitəsilə izləmək mümkündür.Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb.